ABŞ administrasiyası Rusiya ilə fikir ayrılıqlarına baxmayaraq müxtəlif məsələlər üzrə iki ölkə arasında əməkdaşlığa hazırdır. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bəyan edib.
“Biz qlobal yanaşmanı qoruyub saxlamaqdayıq:Rusiya ilə mümkün olduğu qədər əməkdaşlıq etməyə çalışırıq. Hətta, fikir ayrılığında olduğumuz bir çox məsələlərdə, o cümlədən ikitərəfli məsələlər, Dağlıq Qarabağ kimi regional və ya İran, Əfqanıstan, Suriya və s. kimi dünyada mövcud problemlər üzrə əməkdaşlıq etməyə səy göstəririk”,- deyə diplomat çərşənbə günü brifinqdə bildirib.
“Lakin, biz insan haqları məsələsində,Rusiyanın demokratiya məsələlərində ,Suriya promlemində , eləcə də son zamanlar yaranmış və açıq desək yalnız Rusiyanın özünə zərər verən övladlığa götürmə qərarı barədə fikir ayrılığında olduğumuzu açıq dilə gətirəcəyik”,- deyə V.Nuland əlavə edib.