Azərbaycanda müxtəlif din və millətlərin sülh şəraitində birgə yaşaması ölkənin əsas sərvətlərindən biridir. Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin belə hesab edir.
“Müxtəlif icmalar – müsəlman, xristian və yədudi nümayəndələri arasında mehriban və dostluq münasibətləri davam edir. Biz bu ölkənin vətəndaşlarıyıq. Bizim üçün bu ölkə - evimiz, həyatımızdır. Hərçənd ki, biz müxtəlif millətlərdənik, dini etiqadımız ayrıdır və müxtəlif mədəniyyət sahibiyik, buna baxmayaraq, aramızda dini sahədə fikir ayrılığı mövcud deyil. Bu Azərbaycan Respublikasının əsas sərvətlərindən biridir”, - deyə arxiyepiskop çərşənbə günü Milad bayramına münasibətilə Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının təşkil etdiyi qəbulda bəyan edib.
“Müxtəlif mədəniyyət və dini ənənələr nümayəndələri arasında qarşılıqlı anlaşma dinc həyat və birgə yaşamın özülüdür”, - deyə o əlavə edib.
Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi bu yaxınlarda Prezident İlham Əliyevin Azərbaycan xristianları Milad bayramı münasibətilə təbrik etdiyi xatırladıb. “Dövlət başçısı pravoslav icmanın yalnız sabitlik işinə deyil, həm də Azərbaycanın müxtəlif, o cümlədən mədəniyyət və iqtisadiyyat sahələrinə böyük töhfəsini qeyd edib”, - deyə arxiyepiskop vurğulayb. O əlavə edib ki, bu icma ölkənin inkişafına öz töhfəsini verir.