“Aqrolizinq” ASC texnoloji avadanlığın alışına dair tender elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Elana əsasən, tender üç lot üzrə keçirilir.
Lot №1 yemlərin hazırlanması üçün avadanlıq alınmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.
Lot №2 saatda 25 baş iri mal-qara kəsimi və saatda 80 baş xırda mal-qara kəsimi üçün avadanlıq alınmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.
Lot №3 saatda 3 ton meyvənin dondurulması qücünə malik avadanlığın alınmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 100 manat təşkil edir.
Qalib seçilən zaman aşağıdakı meyarlara diqqət yetiriləcək: aşağı qiymət, mövcud standartlara uyğunluq, keyfiyyətə zəmanət və müqavilənin icra müddəti.
Şirkətlərdən təkliflərin qəbulu fevralın 22-dək davam edəcək. Tender proseduru fevralın 25-də keçiriləcək.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.