“Iteca Caspian” şirkəti 2013-cü ildə Azərbaycanda 20 sərgi keçirməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
Apreldə yeni layihə - CATEF 2013 Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu keçiriləcək. Ənənəvi “BakuTel” sərgisi elan edilən müddətdən əvvəl – 25-28 sentyabr tarixlərində keçiriləcək. Bundan başqa, cari sərgi ilində mühüm hadisələrdən biri iyunun 4-7-də keçiriləcək “Caspian Oil&Gas” 20-ci yubiley sərgi və konfrans olacaq”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 2012-ci ildə “Iteca Caspian” şirkəti tərəfdaşı olan İngiltərənin “ITE Group” şirkəti ilə birgə Azərbaycanda 20 sərgi təşkil edib. Bunlardan ikisi – “SportExpo” və “IPACK Caspian” sərgiləri ilk dəfə keçirilib.
“2012-ci ildə iştirakçı və seyrcilər sayı üzrə 40% artım müşahidə edilib. Ümumilikdə, sərgilərdə 1767 şirkət iştirak, 60 mindən artıq şəxs seyr edib”, - deyə məlumatda qeyd olunur.