Yanvarın 30-da Bakıda az təminatli ailələlərin əlil uşaqların əl işlərindən ibarət satış -sərgi keçiriləcək. Sərginin təşkilatcılarıdan biri Günel Əliqızı mətbuat konfransında belə söyləyib.
“Biz istəyirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar özlərini hamımızın yaşadığı bu cəmiyyətin bir hissəsi hesab etsinlər, ehtiyac hiss etdikləri qayöını görsünlər”,- deyə G.Əliqızı bildirib.
Onun sözlərinə görə, sərgi uşaqlara stimul verəcək. Onlar anlayacaqlar ki,onların zəhməini layiqincə qiymətləndirən insanlar var.
“Məqsədimiz uşaqlara dünyada yalnız olmadıqlarını, həyatda xeyirxah və qayğıkeş insanların var olduğunu başa salmaqdır”,- deyə oq eyd edib.
Mətbuat konfransı zamanı qeyd edilib ki, iştirakçıların nə qədər əl işi təqdim edəcəyi hələ ki, məlum deyil, belə ki, sərgi üçün təkcə Bakıdan deyil, Azərbaycanın bütün regionlarından əl işləri toplanılır.
Mətbuat konfransında iştirak edən uşaqlar söyləyiblər ki,onların əl işlərinin əsas mövzusu məhəbbət, təbiət və vətəndir.
Layihə “Damla” İctimai Birliyi, eləcə də Azərbaycanın Tələbə və Gənclər Təşkilatlı tərəfindən həyata keçiriləcək.