Bakıda 1 82 saylı orta məktəbinin beşinci sinif şagirdi bədbəxt hadisə nəticəsində həyatını itirib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Bakı Təhsil İdarəsindən məlumat verilib.
“2002-ci ildə anadan olmuş beçinci sinif şagirdi Babaşov Elmir bədən tərbiyəsdi dərsində futbol oynayarkən qapının üzərinə yıxılması nəticəsində ağır yaralanıb”,- deyə Z.Əliqızı bildirib.
Onun sözlərinə görə, şagird xəstəxanaya çatdırılarkən təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.