Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Samir Mirzəyevi yaxalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı DİN-dən məlumat verilib.
S.Mirzəyev öyrədilən şəxsə Bakı Dövlət Universitetinin saxta diplomunu $6,6 minə satarkən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.