Vergilər Nazirliyi 2012-ci ildə 39 125 vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2011-ci ildə 31,053 min vergi ödəyicisinin fəaliyyətində pozuntular aşkar edib. Beləliklə, 2012-ci ildə fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edilən vergi ödəyicilərinin sayı 2011-ci ilin göstəricisi ilə müqayisədə 26% artıb.
Vergilər Nazirliyinin məlumatına görə, 19 279 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozub, 4 013 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edib.
Bundan başqa, 5 803 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğunu, 3 536 vergi ödəyicisinin vergi uçotunda olmadığını aşkar edilib.
Nazirliyinin məlumatına görə, hesabat ilində vergi orqanları tərəfindən 4 133 obyektdə 7027 əməkdaş əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkar edilib.
2012-ci ildə 1 670 hüquqi və fiziki şəxslər tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı aşkarlanıb.
Bundan başqa, 691 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış malların satışı ilə məşğul olduğu müəyyən edilib.