Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliya Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Gömrük və beynəlxalq əlaqələr Katibliyinin rəisi Ernani Arqolo Kekuççi ilə gömrük sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər xüsusilə müvafiq hüquq-müqavilə bazasının yaradılması və qarşılıqlı səfərlərin təşkil olunması məsələlərinə toxunub.