Qazaxıstan latın əlifbasına keçmək barədə qərar qəbul edərsə, Azərbaycan alimləri kömək göstərməyə hazırdırlar.AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məsud Mahmudov belə söyləyib.
“Əgər Qazaxıstan kömək üçün müraciət etsə, biz köməyimizi əsirgəməyəcəyik”,- deyə o “İnterfaks -Azərbaycan” agentliyinə bildirib.
Alim söyləyib ki, iki il əvvəl Astanaya səfəri zamanı qazax həmkarları ilə latın əlifbasına keçidlə bağlı Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıb.”Göründüyü kimi indi Qazaxıstanda da da bu məsələ qaldırılıb. Hələ ki, mətbuatda bu prosesin 2025-ci ilə qədər həyata keçiriləcəyi barədə fikirlər səslənir. Lakin bunun üçün artıq indidən hazırlıq işlərinə başalamaq lazımdır. Iş isə çox olacaq - onlar komissiya yaratmalı, latın əlifbasına tədricən keçdin metodikasını təklif etməlidirlər”,- deyə o qeyd edib.
M.Məmmədov bildirib ki, Qazaxıstan tərəfi bu məsələylə əlaqədar olaraq kömək üçün hələ ki, Azərbaycana müraciət etməyib.
O qeyd edib ki, Qazaxıstanda bui istiqamətdə təbirlərdən biri kimi ilk addım olaraq birinci və ikinci sinif şagirdləri üçün dərs vəsaittləri yaradıla bilər, sonra qəzetlər tədricən latın əlifbasına keçməli, qanunvericilikdə dəyişikliklər edilməlidir və s. “Əlifbanın özünə gəlincə, bu barədə qazax həmkarlarımızla danışıqlar aparmaq istərdik. əlifbalarımız bir birinə yaxın olsa yaxşı olardı.Nə qədər yaxın olsa xalqlarımız üçün io qədər yaxşı olar.Onda gələcəkdə ümumi əlifbaya da keçmək mümkün olardı”,- deyə alim qeyd edib.