“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2012-ci ildə 21,3 mlrd. kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,5% çoxdur . Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2012-ci ilin dekabr ayında 2,1 mlrd. kilovatsaat elektrik enerjisi istehsal edilib.
2011-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 20 mlrd. kilovatsaat təşkil edib.
Azərbaycan hökuməti 2012-ci il üçün elektrik enerjisinin isehsal həcmini 19 mlrd. 168,3 mln. kilovatsaat səviyyəsində proqnozlaşdırmışdı.