"Rabitəbank" nizamnamə kapitalını 16,7% - 35 mln. manata qədər artırıb. Bu barədə bankın məlumatında bildirilir.
"Nizamnamə kapitalının artırılması haqqında qərar 2012-ci ildə səhmdarların ümumi yığıncağında qəbul edilib. Nizamnamə kapitalı Bakı Fond Birjasında açıq təklif üsulu ilə yerləşdirilmiş 5 mln. manatlıq səhmlərin əlavə emissiyası hesabına artırılıb", - deyə məlumatda qeyd edilir.
Bankın məlumatına görə, hazırda məcmu kapital 39 mln. manat təşkil edir.
2013-cü ildə “Rabitəbank” təkrar kapitallaşma prosesini davam etdirmək niyyətindədir.
"Rabitəbank" ASC 1993-cü ildə yaradılıb.