"Paşa Sığorta" şirkəti 2012-ci ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
2012-ci ildə "Paşa Sığorta" tərəfindən sığorta haqları yığımı 46 mln. 687,889 min manat və ya hesabat ili ərzində sığorta şirkətlərinin bütün sığorta haqlarının 13,63%-ni təşkil edib.
2012-ci ilin yekunları üzrə yığılmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkətinin sırasına “AzSığorta” (39 mln. 797,147 min manat), "Atəşgah" (37 mln. 812,714 min manat), "Azərsığorta" (341 mln. 562,103 min manat), "Standard Insurance" (21 mln. 314,320 min manat), "AXA Mbask" (17 mln. 697,579 min manat), "Atəşgah Həyat" (15 mln. 757,917 min manat), "Beynəlxalq Sığorta Şirkəti" (14 mln. 780,686 min manat), "Paşa Həyat Sığorta" (14 mln. 696,544 min manat) və "A-Qroup" (13 mln. 944,993 min manat) daxildir.
Ümumilikdə, 2012-ci il ərzində bazarda fəaliyyət göstərən bütün 28 sığorta şirkəti sığorta haqqı alıb. 25 sığorta şirkətinin əldə etdiyi sığorta haqları 1 mln. manatı ötüb.
Hesabat ilində sığorta şirkətləri arasında ödənişlərin ən böyük həcmi “Paşa Sığorta”nın payına düşüb. Bu məbləğ 22 mln. 871,556 min manat və ya sığorta şirkətlərinin bütün ödənişlərinin 24,37%-ni təşkil edib.
Həyata keçirilmiş ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına "Azərsığorta" (11 mln. 771,917 min manat), "Atəşgah" (9 mln. 429,779 min manat), "Beynəlxalq Sığorta Şirkəti" (6 mln. 432,096 min manat), “A-Qroup” (6 mln. 60,379 min manat), "AXA Mbask" (5 mln. 867,938 min manat), “Standard Insurance” (5 mln. 337,777 min manat), "Atəşgah Həyat" (3 mln. 719,976 min manat), "AzSığorta" (3 mln. 656,540 min manat) və "AtaSığorta" (2 mln. 608,305 min manat) daxildir.
Xidmətin məlumatına görə, 2012-ci ildə 28 sığorta şirkəti ödəniş həyata keçirib. 17 şirkət tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği 1 mln. manatdan çox olub.
Xəbər verildiyi kimi, 2012-ci il ərzində sığorta şirkətlərinin ümumi sığorta haqları 342 mln. 519,347 min manat, ödənişləri 93 mln. 860,882 min manat təşkil edib.