2013-cü ilin payızında Azərbaycanda səmti müəyyən etmə üzrə açıq beynəlxalq çempionat keçiriləcək.
“Çempionatda Ukrayna, Türkiyə, Rumıniya və digər ölkələrdən komandalar iştirak edəcəklər. Əminəm ki, Azərbaycanda bu çempionat yüksək səviyyədə təşkil olunacaq”.- deyə Ukraynanın Azərbaycandakı səfiri, Səmti Müəyyən Etmə İdman Federasiyasının fəxri üzvü Aleksandr Mişenko “İnterfaks- Azərbaycan” agentliyinə bildirib.
“Çox istərdim ki, Azərbaycan komandası yüksək səviyyədə çıxış etsin.İstərdim ki, onlar mükafat üçün mübarizə aparsınlar, görüntü xatirinə iştirak etməsinlər.Yarışa etinasız yanaşmaq olmaz”,- deyə diplomat əlavə edib.
O qeyd edib ki, Azərbaycanda idmana ən yüksək səviyyədə diqqət göstərilir.
Ötən ilin yekunlarından danışan səfir qeyd edib ki, son zamanlar Azərbaycanda bu idman növüvünün inkişafını beynəlxalq səviyyəyə yaxınlaşdırıan addımlar atılıb. “ Beynəlxalq səviyyəyə cavab verən 9 idman xəritəsinin hazırlanması xüsusilə qeyd edilməlidir.Onların ikisi ilə çempionatlar təşkil edilib. O cümlədən Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev kuboku uğrunda açıq respublika çempionatı təşkil edilib”,- deyə diplomat qeyd edilib.
“Biz Federasiyaya milli yığma komandamıza ən yaxşı idmançıları yığmaq və onun birinci, ikinci,üçüncü, hətta uşaqlardan ibarət tərkibini müəyyənləşdirmək tapşırığı vermişik. .Mən “biz” deyirəm, çünki mən Azərbaycan səmti müəyyənetmə federasiyasının üzvüyəm və özümü bu cəmiyyətin bir hissəsi hesab edirəm”,- deyə A.Mişenko bildirib.
Çempionatda hansı- Ukrayna yoxsa Azərbaycan komandasını təmsil edəcyi barədə suala A.Mişenko “Mən heç bir tərəfin xətrinə dəyməmək üçün bitərəf iştirakçı olacam” , deyə cavab verib.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov öz növbəsində bildirib ki, ölkə prezidenti idmanın istər olimpiya, istərsə də qeyri olimpiya üzrə bütün növlərinə böyük diqqət ayırır.Onun sözlərinə görə, bu gün ölkədə 200-ə yaxın idmançı səmti müəyyən etmə idmanı ilə məşğul olur.
“Bizdə idmançıların sayının daha da artırılması üçün baza mövcuddur.Ukraynanın Azərbaycandakı səfiri, demək olar ki, bu idman növünü Azərbaycanda yaradıcısı olan Aleksandr Mişenkonun rolunu qeyd etməmək mümkün deyil”,- deyə federasiya rəhbəri qeyd edib.
“İdmançının həmişə kumiri olur. Kiməsə bənzəmək istəyir.Bu gün Aleksandr Mişenko Azərbaycanda bu mənada bələdçidir.O , öz uğurları ilə diplomat və idmançı kimibir arada fəaliyyət göstərməyin mümkün olduğunu göstərir”,- deyə M.Kazımov bildirib.
Sonda M.Kazımov söyləyib ki, Azərbaycan gələn il bu idman növü üzrə dünya çempionatında iştirak etmək üçün müraciət etmək niyyətindədir.