Suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi məsələsi rəsmi Bakının diqqət mərkəzindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi mətbuat konfransında bəyan edib.
"Biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən suriyalı ermənilərin bu ərazilərə qanunsuz köçürülməsi ilə bağlı vəziyyətin monitorinqini keçirməyi xahiş etmişik”, - deyə nazir bildirib.
Bununla yanaşı, E.Məmmədyarov qeyd edib ki, suriyalı ermənilər işğal edilmiş torpaqlara köçürülübsə də, onların sayı azdır.