Kent Maknili “Azərfon” MMC-nin baş direktoru təyin edilib. Bu barədə şirkətin məlumatında bildirilir. K.Maknili bu vəzifədə Yurgen Pitsi əvəz edəcək. Yurgen Pits “Azərtelekom” MMC-nin baş direktoru vəzifəsinə keçirilib.
“Mən Azərbaycanda ən sürətli mobil operator olan “Nar Mobile” ailəsinə qoşulduğum üçün xöşbəxtəm. Biz məhsul və xidmətlərimizin keyfiyyətinin yüksəldilməsi, qəbul edilmiş qiymətlərin saxlanması üzərində işləri davam etdirəcəyik. Biz həmçinin, mobil internetin inkişafı hesabına yaranmış yeni imkanların axtarışlarına da diqqət yetirəcəyik”,- deyə məlumatda K.Makniliyə istinadən bildirilir.
“Azərfon” MMC kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də “Nar Mobile” ticarət markası altında başlayıb. Hazırda də400 mindən çox “Nar Mobile” müştərisi 3G xidmətlərindən istifadə edir.Şirkətin abonentlərinin ümumi sayı 1,6 mln. nəfəri üstələyir.
“Azərtelekom” MMC-nin səhmdarları “Azərfon”MMC (95%), Aztelekom İB (2,5%) və Bakı Telefon Rabitə” İB-dir (2,5%).