Suriyanın baş naziri Vail əl-Halki çərşənbə axşamı Tehranda İran rəsmiləri ilə Suriya prezidenti Bəşər Əsəd tərəfindən açıqlanmış sülh planını, regional problemləri və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.
İran mətbuatının məlumatına görə, danışıqlarda İranın Suriyaya səhiyyə, enerji təchizatı və yanacaq tədarükü sahəsində dəstəyi mövzusuna da toxunulacağı gözlənilir.