Azərbaycanla İndoneziya arasında yaxın vaxtlarda hərbi əməkdaşlıq sazişi imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu qərar Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin çərşənbə axşamı İndoneziya Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryanto ilə görüşündə qəbul edilib.
Ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub.
S.Əbiyev qonağı regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb.
Baş katib İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto iştirak edib.