2012-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 425 mln. 27 min manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,7% çoxdur. Bu barədə SOCAR-ın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
2012-ci ilin dekabr ayında SOCAR tərəfindən dövlət büdcəsinə 137 mln. 124 min manat vergi ödənilib.
2012-ci ildə SOCAR Dövlət Sosial Müdafiə Fonduna 157 mln. 501 min manat (artım 17,1%), o cümlədən dekabr ayında 12 mln. 934 min manat ödəyib.
SOCAR-ın 2012-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri planı 1 mlrd. 351,6 mln. manat həcmində müəyyən edilmişdi.
2011-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 335 mln. 235 min manat təşkil edib.