Azərbaycan Sloveniya və Avropa İttifaqı ölkələri ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verir.Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev belə bəyan edib.
“Aİ ölkələri, o cümlədən Sloveniya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilir.Siyasi münasibətlər yüksək səviyyədədir, lakin iqtisadi əlaqələrin səviyyəsi bizi qane etmir”, -deyə Ş.Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes-forumunda bildirib.
Onun sözlərinə görə, ikitərəfli ticari- iqtisadi əməkdaşlığın aktivləşməsi üçün böyük perspektivlər mövcuddur. “Bu cür biznes –forumların keçirilməsi mövcud əlaqələrin möhkəmlənməsinə və iki ölkənin iş adamları araslında yeni münasibətlərin yaranmasına kömək edir ki, bu da mal dövriyyəsinin həcminə müsbət təsir göstərir”,- deyə nazir qedy edib.
Sloveniyanın baş naziri Yanez Yanşa qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilmıəsində vacib rol oynayır.
Hökumət başçısı həmçinin, qeyd edib ki, Azərbaycan və Sloveniya iqtisadiyyatın İKT, ASK. turizm, qida sənayesi. elm və təhsil, logistika, tikinti kimi sahələrində əməkdaşlıq edə bilərlər.
“Turizm sahəsində yaxşı tendensiya müşahidə olunur.2011-ci ildə Sloveniyaya 11 min azərbaycanlı turist gəlib.Bu 2010-cu ilin göstəricisini 70% üstələyir”,- deyə Y.Yanşa əlavə edib.
Biznes- forumun yekunlarına görə tərəflər arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.Xüsusən, AZPROMO və "SPIRIT Slovenia” . Bakı Dövlət Universiteti və Lyublyanski Universiteti, Azərbaycan Texniki Universiteti və Sloveniyanın “İskratel” şirkəti, “Azərinşaatservis” və Sloveniyanın “Duol” şirkəti, Oğuz rayonunun İcra Hakimiyyəti ilə Novo- Qoritsa şəhərləri arasında Memorandumlar imzalanıb.
Biznes- forumda Azərbaycan və Sloveniyanın 200-ə yaxın şirkətinin nümayəndələri iştirak ediblər.