Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Monye çərşənbə günü “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin ofisində olub.
Görüş zamanı Agentliyin baş direktoru Aleksandr İvanov fransalı diplomata İnformasiya Agentliyinin fəaliyyəti və informasiya siyasəti barədə geniş məlumat verib.
Müsahiblər Fransa səfirliyinin Azərbaycan kütləvi informasiya vasitələri ilə əməkdaşlığının vacibliyini qeyd ediblər. Paskal Monye “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlığın dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.