ABŞ hökuməti həqiqətən İstanbuldakı konsulluğundan Suriyada kimyəvi silahın mümkün istifadə olunması barədə məlumat alıb. Lakin, bu məlumat təsdiqini tapmayıb. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bəyan edib.
“Biz əldə etdiyimiz məlumatları tədqiq etdik, lakin Suriyada kimyəvi silahdan istifadəyə işarə edən əsaslı sübutlar tapmadıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu səbəbdən hazırda Suriya hərbçilərinin qiyamçılara qarşı həqiqətən kimyəvi silahdan istifadə etdiyini düşünmək barədə Vaşinqtonun heç bir əsası yoxdur.
Öncə ABŞ mətbuatında yayılan məlumata əsasən, Amerikanın İstanbuldakı konsulluğu Suriyada kimyəvi silahdan mümkün istifadə etməsi barədə bəzi məlumatlar əldə edərək onları Vaşinqtona çatdırıb.