Yanvarın 26-da Türkiyənin Ankara şəhərində “ANTİGONE” qalereyasında azərbaycanlı rəssam Nəvai Mətin Məmmədoğlunun fərdi sərgisi keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi məşhur türk rəssamı Savaş Simitlinin dəvəti ilə baş tutacaq. Ekspozisiyada rəssamın Türkiyədə keçirilən festivalı çərçivəsində çəkilmiş əsərləri təqdim olunacaq.
2012-ci ilin sentyabrında azərbaycanlı rəssamlar Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov “Uluslararası Aktivist Sanatçılar Bilriği” nin fəxri üzvü seçilib, onlara fəxri fərman təqdim edilib.Onlar, həmçinin Qaracasu bələdiyyəsinin sədri tərəfindən mükafata layiq görülüblər.