Müdafiə naziri Səfər Əbiyev ABŞ müdafiə nazirinin baş müşaviri Ketlin Hikslə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı hərbi əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. S.Əbiyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bölgədəki vəziyyəti təhlükə altında saxlayır.
K.Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakını və terrorizmə qarşı mübarizədə Bakı və Vaşinqtonun birgə fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ABŞ bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətindədir.