Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası əməkdaşlıq haqqında memorandum bağlayacaq. Bu barədə cümə günü SAM-ın mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə SAM-ın direktoru Fərhad Məmmədov 19-23 yanvar tarixlərində Pekində səfərdə olacaq.
Səfər zamanı o, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi və bir sıra elmi institutların rəhbərləri ilə görüşəcək.