Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2012-ci ildə 15 mlrd. 338,5 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 18% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statıstika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, 2012-ci il ərzində kapital qoyuluşlarının ümumi həcmindən 4 mlrd. 348,6 mln. manat (bütün kapital qoyuluşlarının 43%-i) istehsalat təyinatlı, 8 mlrd. 683,3 mln. manat (bütün kapital qoyuluşlarının 57%-i) qeyri-istehsalat təyinatlı obyektlərin inşasına yönəlib.
2012-ci il ərzində kapital qoyuluşlarının ümumi həcmindən xarici investisiyaların payına (bütün kapital qoyuluşlarının 21%-i) 3 mlrd. 258,9 mln. manat, daxili investisiyaların payına – (bütün kapital qoyuluşlarının 79%) və ya 12 mlrd. 79,6 mln. manat düşüb.
Ötən il neft sektoruna 3 mlrd. 648 mln. manat (bütün kapital qoyuluşlarının 24-i), qeyri-neft sektoruna - 11 mlrd. 690,5 mln. manat (bütün kapital qoyuluşlarının 76%-i) həcmində sərmayə qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 9 mlrd. 356,5 mln. manat və ya bütün kapital qoyuluşlarının 61%-i təşkil edib.
2012-ci ildə dövlət müəssisələri və təşkilatlatı tərəfindən 9 mlrd. 98,9 mln. manat (bütün investisiyaların 59,3%-i), özəl müəssisə və təşkilatlar tərəfindən - 6 mlrd 239,6 mln. manat (bütün investisiyaların 40,7%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
Hesabat ilində müəssisə və təşkilatların vəsaitləri hesabına 6 mlrd. 836 mln. manat (artım 16,8%), bank kreditlərinin hesabına – 756,1 mln. manat (azalma 8%), büdcə vəsaitlərinin hesabına - 6 mlrd.716,5 mln. manat (artım 21%), büdcədənkənar fondların hesabına – 563,9 mln. manat (artım 42,1%), əhalinin vəsaitləri hesabına - 396,6 mln. manat (artım 13,1%), digər vəsaitlərin hesabına – 69,4 mln. manat (artım 2,6 dəfə) həcmində kapital qoyuluşları həyata keçirilib.