2005-ci ildən etibarən ümumilikdə səhiyyə sahəsində proqramların reallaşdırılmasına 387,7 mln. manat sərf edilib. Bu barədə Dövlət Statistika Komitəsinin 2012-ci ilin yekunlarına dair məlumatında bildirilir.
Məlumata əsasən, 2013-cü ilin əvvəlinə Azrbaycanda 32 min həkim, 57,9 min orta tibb işçisi çalışır. Ölkədə 524 xəstəxana və 1,697 min ambulator-poliklinika müəssisəsi fəaliyyət göstərir. Respublianın 10 min vətəndaşının payına orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.
Ötən ilin yanvar-noyabr aylarında malyariya ilə xəstələnənlərin sayı - 1,8%, silfilis ilə - 36,7%, göyöskürək ilə - 35,7%, brusellyoz ilə - 34,1%, viruslu hepatit A ilə - 32%, süzənək ilə - 21,8%, su çiçəyi ilə - 17%, tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı – 15,9% azalıb.
Difteriya, kəskin poliomielit, qızılca, anadangəlmə məxmərək sindromu, yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb. Eyni zamanda, qarayara, QİÇS, quduzluq, epidemik parotit, pedikulyoz, tetanus ilə xəstələnənlərin sayı bir qədər artıb.