Qazaxıstan ötən il $20 mlrd.-dan artıq xarici investisiya cəlb edib. Bu barədə ölkənin prezidenti Nursultan Nazarbayev bəyan edib.
“Ötən bir il ərzində ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarından artıq birbaşa investisiya cəlb edilib. Bu nəticə dünyanın heç bir dövlətində qeydə alınmayıb”, - deyə o cümə günü Qazaxıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşdə bildirib.
“Biz iqtisadiyyatın modernləşdirilməsi, onun innovativ sənayeləşdirməsi üzrə işi davam etdirəcəyik. Bu proqram üçüncü il həyata keçirilir və nəticələrini göstərir. 559 yeni müəssisə istifadəyə verilib, 300 mindən artıq yeni iş yeri yaradılıb”, - deyə prezident vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, cari əsrin ortalarında Qazaxıstan “sənaye aktivlərini tam yeniləyəcək, yeni texnoloji standartlara keçəcək”.