Son günlər İndoneziyanın paytaxtında baş verən güclü daşqınlar 11 nəfərin ölümünə səbəb olub. Bu barədə cümə günü yerli hakimiyyət xəbər verir.
Bundan başqa, Cakartanın 18 min sakini evlərini tərk etməyə məcbur olub.
Bu həftə Cakartada 2007-ci ildən bəri ən güclü daşqınlar başlayıb. Hazırda vəziyyət tədricən normallaşır, ancaq şəhərin mərkəzində məhəllələrin bir hissəsi indiyə kimi suyun altındadır.