Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin olunur.Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Şahbuz qaz kəmərinin istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə belə söyləyib.
“Azərbaycanın qazlaşdırılması ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə-1970-ci illərdə başladılıb.1980-ci ildə Naxçıvana yüksək təzyiqli qaz kəməri çəkilib”,- deyə V.Talıbov qedy edib.
O qeyd edib ki, keçən əsrin 90-cı illərində Ermənistanın işğal siyasəti nəticəsində MR blokada vəziyyətinə düşüb. Elektrik və qaz xətləri kəsilib. “Ölkə rəhbəri İlham Əliyevin qayğısı sayəsində 2005-ci ildə MR-ə təbii qazin verilməsi bərpa olunub. Iki il ərzində qazlaşdırma prosesi başa çatdırılıb.Bu gün yaşayış məntəqələri, hərbi hissələr, istehsal müəssissələri fasiləsiz təbii qazla təmin olunur”,- deyə Naxçıvan MR-in rəhbəri bildirib.
Ali Məclisin sədri qeyd edib ki, Naxçıvan –Şahbuz qaz kəməriniun istifadəyə verilməsi ilə Babək rayonunda təxminən 8700, Şahbuz rayonunda 4500-dən çox abonent qazla təmin ediləcək.O qeyd edib ki, 2005-ci ildən MR-də abonentlərin keyfiyyətli və fasiləsiz qazla təmin edilməsi ətraf mühitin mühafizəsində də vacib rol oynayıb: Əgər 2005-ci ildə meşə örtüyü MR-in ərazisinin 1%-ni təşkil edirdisə, aparılan tədbirlər nəticəsində, xüsusən təbii qaz verildikdən sonra bu göstərici 10,5% təşkil edir.