2012-ci ildə Azərbaycanın rabitə və poçt müəssisələri 1,4 mlrd. manat məbləğində xidmət göstəriblər ki, bu da 2011-ci ilin göstəricisindən 15,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,2%-nin istifadəçiləri fiziki şəxslər olub, dəyər ifadəsində xidmətlərin həcmi 1 mlrd. 10,8 mln. manat təşkil edib (artım 15,8%).
2012-ci ildə rabitə xidmətlərinin ümumi həcminin 60,4%-i və ya 859,9 mln. manat məbləğində xidmət (artım 12,2%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.