Naxçivan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi 2012-ci ildə Naxçıvan MR-in dövlət büdcəsinə vergi və dövlət rüsumu şəklində 10 mln.884,4 min manat köçürmə həyata keçirib ki, bu da proqnozu 3,1 dəfə üstələyir.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə komitədən bildirilib.
“Bu göstərici 2011-ci ilin müvafiq göstəricisindən 2 mln.983,1 min manat və ya 37% çoxdur.2012-ci ildə komitə tərəfindən vergi və rüsum köçürmələri MR-in büdcə gəlirlərinin 19,6%-ni təşkil edib”,- deyə komitədən qeyd edilib.
Məlumat verilib ki, dövlət büdcəsinin formalaşdırılması üçün toplanmış vəsaitlərlə yanaşı, Gömrük sisteminin Büdcədənkənar inkişaf fondu 363 min 220 manat köçürüb, beləliklə, gömrük orqanları üzrə gömrük ödənişlərinin həcmi 11 mln. 247 min 605 manat təşkil edib.
Onun sözlərinə görə, ötən il Naxçıvan şəhər Gömrük İdarəsi üçün beynəlxalq standartlara cavab verən yeni kompleks, regionda analoqu olmayan Gömrük Ekspertizası Laboratoriyası tikilib istifadəyə verilib.Həmçinin, ötən il gömrük orqanlarında iş prosesinin avtomatlaşdırılması üzrə işlər davam etdirilib, vahid idarəetmə sistemi tətbiq edilib.