Azərbaycan Prezident İlham Əliyev Bakının yeni 12-ci rayonunun fəaliyyətini təşkil etmək haqqında fərman imzalayıb.
Prezidentin fərmanına əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinintəmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin. O cümlədən, Nazirlər Kabineti Pirallahı Rayon İcra Hakimiyyətini bina ilə təmin etməlidir.
Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etmək tapşırılıb.