Qanlı 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar Lənkəran rayonunda bir sıra tədbirlər keçirilir. Bu barədə cümə günü "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
N.Vəzirov adına Dövlət Dram Teatrında "Əsrin faciəsi" rekviyemi nümayiş etdirilib. Rekviyemin rejissoru və ssenari müəllifi Adil Zeynalovdur.
Dram Teatrının direktoru İslam Həsənovun sözlərinə görə, ssenari müəllifi və rejissor rekviyemdə şəhidlərin həyatını, 20 yanvar hadisələri zamanı onların qəhrəmanlığını göstərib.
Həmçinin teatrın foyesində rəssamlıq məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.