Cümə günü Berlində “Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarının təqdimatı keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Cümə günü Almaniyada "Beynəlxalq Yaşıl Həftə - 2013"sərgisi öz işinə başlayıb.
Azərbaycan sərgidə 30-a yaxın şirkətlə təmsil olunur. Sərginin Azərbaycan pavilyonunda respublikada istehsal olunan 250-yə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilir.
Sərgi çərçivəsində müxtəlif forum və təqdimatların keçirilməsi planlaşdırılır.
Sərgidə iştirak Azərbaycan şirkətlərinə yeni işgüzar əlaqələr qurmağa və əməkdaşlığı genişləndirməyə imkan verəcək.