Amerikanın Nyu-Meksika ştatının Albukerk şəhərində polis evlərdən birində üçü uşaq olmaqla beş nəfəri güllələyən yeniyetməni həbs edib. Bu barədə Britaniyanın BBC teleradioyayım korporasiyası məlumat verir.
"Məlumatlara görə, polis iki böyük və üç uşağın həlak olduğu hadisədə istifadə olunmuş avtomatik tüfəngi araşdırır", - deyə məlumatda bildirilir.
Ötən həftə ABŞ hakimiyyəti ölkədə tez-tez baş verən silahlı hücumlara qarşı mübarizəyə yönəlmiş bir sıra təşəbbüslər irəli sürüb. Bu, Konnektikut ştatında məktəbdə baş verən atışmadan sonra olub. Xatırladaq ki, həmin atışmada böyük əksəriyyəti uşaqlar olmaqla 26 nəfər həlak olub.