2012-ci ildə Azərbaycanda istismara verilmiş mənzillərin ümumi sahəsi 1 mln. 757,4 min kvadrat metr təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 12,5% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2012-ci ildə Azərbaycanda 47 468 yerlik (2011-ci illə müqayisədə 2 dəfə artım) orta təhsil müəssisələri istifadəyə verilib.
2012-ci il ərzində 1 115 yerlik (artım 54,9%) məktəbəqədər təhsil müəssisəsi istismara verilib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda istismara verilmiş mənzillərin ümumi sahəsi 1 mln. 922,3 min kvadrat metr təşkil edib ki, bu da 2010-cu ilin göstəricidən 6,2% azdır.