Ötən həftə ərzində Azərbaycanın yollarında 34 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 21 nəfər həlak olub, 49 nəfər bədən xəsarətləri alıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ən ağır yol-nəqliyyat hadisələrindən biri Cəlilabad rayonunda baş verib. "Qazel" və "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Abşeron rayonunda "VAZ" markalı iki avtomobilin toqquşması 1 nəfərin ölümü ilə nəticələnib. Elə həmin rayonda "VAZ 2107" markalı avtomobil rayonun üç sakinini vurub, nəticədə bir nəfər həlak olub, iki piyada xəsarət alıb.