Ötən həftə ərzində Azərbaycanın polis əməkdaşları 48 narkomanı və narkotik maddə alveri ilə məşğul olan dörd şəxsi saxlayıblar. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Narkomanlardan ümumilikdə 21,85 qram marixuana, 4,089 qram heroin. 3,262 qram tiryək müsadirə edilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində narkotik alveri ilə məşğul olan şəxslərdən 1,5 kiloqram marixuana və 1 kiloqram tiryəl aşkarlanaraq götürülüb.