2013-cü il yanvarın 1-nə olan vəziyyətə görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) Azərbaycanda işləyən 13, 744 min əcnəbi vətəndaş icbari sosial sığorta üzrə ayırmalar həyata keçirir, bu da ötən ilin əvvəlinə olan göstəricidən 12,4% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların icbari sosial sığorta ayırmaları üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
Fondun məlumatlarına görə, hazırda uçotda olan xarici vətəndaşların 90,21%-i kişi, 9,79%-i qadındır.
Bununla yanaşı, hazırda 96 ölkədən əcnəbi vətəndaşlar DSMF-də uçota alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların icbari sosial sığorta üzrə həyata keçirdiyi ayırmalar bu hesablara yığılır.
Məlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (8001nəfər), Gürcüstanı (1 587), Rusiyanı (710) təmsil edir.
Bundan başqa, fondda İran (458), Hindistan (299), Çin (286), Böyük Britaniya (196), Özbəkistan (166), Bosniya və Herseqovina (128), Pakistan (125), Almaniya (116), Ukrayna (113), Filipinlər (109), İtaliya (94), Türkmənistan (93), Malayziya (89), Qazaxıstan (86), ABŞ (73) və başqa ölkələrdən qastarbayterlər qeydiyyatdadır.