Azərbaycan 2012-ci ildə 34 mln. 935,943 min ton neft ixrac edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, 2012-ci ildə Azərbaycandan neft ixracı 34 mln. 935,943 min ton təşkil edib.
Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 27 mln. 999,519 min ton, Bakı- Supsa neft kəməri ilə 3 mln. 923,654 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 997,271 min ton, dəmir yolu ilə Gürcüstan limanlarına 1 mln. 15,498 min ton neft ixrac olunub.
Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilən $20 mlrd. 232 mln. 597,8 min məbləğində rəsmiləşdirilən neftin həcmi 24 mln. 244,237 min ton təşkil edib.
2012-ci ildə Azərbaycandan $1 mlrd. 321 mln. 209,78 min məbləğində 1 mln. 614,136 min ton neft məhsulu ixrac edilib (azalma 18,7%).