Üç gün ərzində Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Belə ki, yanvarın 22-si, 23-ü və 24-də Bakıda və Abşeronda nisbətən isti hava şəraiti davam etsə də, arabir güclənən cənub küləyi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.
Məlumata görə, son günlər Bakıda havanın temperaturunun yüksək olması cənubdan ölkə ərazisinə isti hava cərəyanlarının daxil olması ilə əlaqədardır. Bazar ertəsi Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 13-18, gecə 3-5 dərəcə isti təşkil edir, cənub-qərb küləyi əsəcək.