BMT-nın Baş katibi Pan Qi Mun və BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Braximi hesab edirlər ki, müxalifət döyüşçülərinə və Suriya hökumətinə silah tədarükü ölkədə vəziyyətin gərginləşməsinə və qurbanların sayının artmasına səbəb olur.
Baş katib Pan Qi Mun və xüsusi nümayəndə L.Braximi “ağrı ilə” təsdiq ediblər ki, Suriyada qanlı qırğın davam edir, həmçinin qeyd ediblər ki, əsas dünya dövlətləri müharibənin dayandırılması məsələsində razılığa gələ və münaqişə tərəflərini danışıqlara sövq edə bilməyib. Bu barədə jurnalistlərə Pan Qi Munun mətbuat katibi Martin Nesirki Baş katib və xüsusi nümayəndənin ümumdünya təşkilatının yüksəkvəzifəli məmurları ilə görüşün nəticələrinə dair bəyan edib.
“Onlar hökumət və müxalifətin günahı üzündən qətl və dağıntıların dəhşətli səviyyəsi ilə əlaqədar dərin məyusluq və ağrı ifadə ediblər. Hər iki tərəfi xarici dövlətlər silah tədarükü ilə münaqişəyə sövq edir”, - deyə diplomat bildirib.
M.Nesirkinin sözlərinə görə, görüş iştirakçıları, həmçinin “vahid beynəlxalq mövqeyin olmaması ilə əlaqədar təşviş ifadə ediblər, hansı ki, ötən ilin iyununda əldə olunan Genevrə razılaşmalarına uyğun olaraq keçidə gətirib çıxara bilərdi”.
Məmurlar silah tədarük edən ölkələrin adlarını açıqlamayıblar.
Xəbər verildiyi kimi, birinci katib Nabil al-Arabi bazar ertəsi bəyan edib: “Deməliyəm ki, xüsusi nümayəndə Laxdar Braximinin keçirdiyi bütün danışıqlar hələ ki, bizə nə ümid, nə də böhrandan çıxış planı gətirmədi”.