İsraildə seçki dairələri açılıb.Çərşənbə axşamı bu ölkədə vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.
Seçkilər yerli vaxtla 22:00-dək davam edəcək.
İsrailin baş naziri Benyamin Netenyahu bir gün əvvəl onu dəstəkləyən “Likud” və “İsrail bizim evimizdir” partiyalarından ibarət blokun qələbəsinə ümid etdiyini bildirib.
“Mən hiss edirəm ki hər şey yaxşı olacaq”,- deyə baş nazir bildirib.
Aparılan son sorğuların nəticələrinə görə, israillilərin əksəriyyəti parlament seçkilərində “Likud” və”İsrail bizim evimizdir” blokuna səs verməyi planlaşdırırlar.Onun parlamentdəki 120 yerdən 63-nü almaq şansı var.Bu 2009-cu ildəki seçkiləırdənkindən 10 yer azdır.
Onun ardınca solçi “Avoda” partiyası gəlir.Üçüncü yeri “Yəhudi evi”milliyətçi dini partiyanın qazanacağı gözlənilir.
2012-ci ilin əvəlində B.Netenyahu ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini rəsmi şəkildə bəyan etdi.
“Mən İsrailin rifahı naminə mümkün olduğu qədər tez seçkilər keçirmək qərarına gəldim”,- deyə o İsrail televiziyası ilə elan etmişdi.
B.Netenyahu gələn il üçün büdcənin qəbul edilməsi ilə bağlı kabinet üzvləri ilə yaranan fikir ayrılığından sonra bu qərara gəlib.