Bakıda I Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq toplantısı keçirilir. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İclasda tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova bildirib.
Onun sözlərinə görə, Türkiyə nümayəndə heyətinin səfəri yanvarın 25-dək davam edəcək. Azərbaycanın digər güc strukturlarında da görüşlərin keçirilməsi gözlənilir.