Vergilər Nazirliyi Kinematorafçılar İttifaqının əməkdaşıl Lalə Əfəndiyevaya qarşı Cinayət Məcəlləsinin 179.3 maddəsi ilə cinayət işi qaldırıb.Bu barədə vergilər nazirinin müavini Natiq Əmirov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamenti Kinematoqrafçılar İttifaqına, yaxud onun sədri Rüstıəm İbrahimbəyova qarşı deyil, konkret şəxsə- Lalə Əfəndiyevaya qarşı Cinayət Məcəlləsinin 179.3 maddəsi ilə cinayət işi qaldırıb, çünki dövlət vəsaitinin mənimsənilməsi faktı mövcuddur”,- deyə N.Əmirov bildirib.
Onuin sözlərinə görə, Kinematoqrafçılar İttifaqındakı yoxlama plan xarakteri daşlıyıb.
“Yoxlamaların plandan kənar olması barədə məlumat həqiqəti əks etdirmir.Yoxlamalara 2012-ci ilin ortalarında başalnılıb, 2012-ci ilin sonunda başa çatdırılıb.Həmçinin, vergi qanunveriiliyinin piozulması faktı İttifaq tərəfindən təsdiq edilib.Hazırda istintaq tədbirləri aparılır”,- deyə o qeyd edib.
N.Əmirov əlavə edib ki, İttifaqdakı yoxlama 2009-2012-ci illəri əhatə edib.
O söyləyib ki, Vergilər Nazirliyi plan yoxlaması zamanı qanunvericiliyin bütün tələblərinə əməl edib. Yoxlamalardan 15 gün öncə İttifaqa bu barədə bildiriş göndərilib.