Polis əməkdaşları oğruları həbs edərək Podmoskovyedən olan iş adamının oğlunu azad ediblər. Bu barədə “İnterfaks” agentliyinə Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Bazar ertəsi iş adamı polisə müraciət edərək oğlunun itkin düşməsi barədə məlumat verib. Aparılan araşdırma zamanı müəyyən edilib ki, 20 yaşlı gənc oğurlanıb və onun azad edilməsinə görə 17 milyon rubl məbləğində girov pulu tələb olunub”, - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.
Aparılan operativ-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurlanan gənc Moskva ətrafı Klin qəsəbəsində saxlanılır.
“Polis əməkdaşları gənc azad edilib, oğrular həbs olunublar. Onlar iki Azərbaycan və bir Özbəkistan vətəndaşlarıdır. Saxanılan şəxslərin üzərindən pnevmatik tapança və bıçaq aşkar edilərək müsadirə olunub”, - deyə İdarənin nümayəndəsi əlavə edib.
Faktla bağlı RF CM-nin 162-ci (quldurluq) və 126-cı (adam oğurluğu) maddələri ilə cinayət işi açılıb.