BMT Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən uzaq mənzilli raketin buraxılmasını pisləyən qətnamə qəbul edib və Koreya Xalq Demokratik Respublikasının Kosmik Agentliyinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə çərşənbə günü Britaniyanın BBC teleradioyayım korporasiyası xəbər verir.
Qətnamənin yekun layihəsi ABŞ və Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çin arasında danışıqların nəticəsi olub.
ABŞ ötən il dekabrın 12-də orbitə peyk çıxaran “Inha-3” raketinin buraxılmasına sərt cavab verilməsinə müvəffəq olub.