ABŞ-ın Texas ştatının Hyuston şəhərində kollecdə baş vermiş atışmadan sonra 3 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə çərşənbə günü Britaniyanın BBC teleradioyayım korporasiyası xəbər verir.
Hadisə iki nəfər arasında münaqişə zamanı baş verib, onlardan biri tələbə olub. Bir nəfərin - bəzi məlumatlara görə, qadının vəziyyəti atışmadan sonra ürəyində yaranmış problemlərlə əlaqədar ağırdır. İki nəfər güllə yarası alıb. Lakin onların həyatı üçün təhlükə yoxdur.
Polis şübhəli bilinən bir nəfəri saxlayıb. Polisdəki mənbələrin Amerika KİV-nə bildirdiyinə görə, ola bilsin ki, atəş açanlar iki nəfər olub.