"FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatı Azərbaycanın bölgələrində xidmət şəbəkəsini genişləndirir. Bu barədə təşkilatın məlumatında deyilir.
"FINCA Azerbaijan" QBKT-nin Şirvanda filialı, Saatlıda sub-ofisi fəaliyyətə başlayıb.
Hazırda "FINCA Azerbaijan" respublika ərazisində 60-dan çox filiala və ofisə malikdir. QBKT 135 mindən artıq müştəriyə maliyyə xidmətləri göstərir. Təşkilatın ümumi kredit portfeli $150 mln.-a bərabərdir.
“FINCA Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanda mikromaliyyə bazarının liderlərindən biridir.